Əsədov: Türkiyə müharibənin ilk saatlarından…

0
314

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Meteorologiya Baş Müdirliyi tərəfindən təşkil edilən Türk Dünyası Meteorologiya Forumuna qatılıb.

Baş nazir Türkiyənin qlobal istiləşmə ilə mübarizəyə töhfə verəcəyinə inamını dilə gətirib.

Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərliyi ilə keçirilən konfransda çıxış edən Ə.Əsədov Türkiyənin bir müddət əvvəl iqlim dəyişikliyi ilə mübarizə məsələsində yeni hədəflər və yol xəritəsi açıqladığını xatırladıb: “Bunun Türkiyənin qlobal istiləşmə ilə mübarizəsinə fayda verəcəyinə inanırıq. Türk dilində danışan ölkələrin birlik və qardaşlığı həm ölkələrimiz, həm haqlarımız, həm də bölgə üçün əhəmiyyətli amildir. Dağlıq Qarabağda Azərbaycan Ordusunun zəfəri ilə nəticələnən 44 günlük müharibədə Azərbaycana mənəvi dəstək olan Prezident Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay və türk xalqına təşəkkür edirəm. Müharibənin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Türkiyə bütün platformalarda Ermənistanın təxribatlarını qınadı və Azərbaycanın tək olmadığını bəyan etdi”.

İşğaldan azad edilmiş bölgələrin ekoloji bərpası üçün hərtərəfli tədbirlərin görüləcəyini vurğulayan Baş nazir “Bu torpaqlar “Yaşıl Enerji” bölgəsinə çevriləcək. Qaçqınlar ata yurdlarına dönəcəklər” ifadələrini bəyan edib.

Konfransa Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Tacikistan və Türkmənistandan nümayəndələr də qatılıb.