Tərxis edilən əsgər itkin düşdü

0
465

II Qarabağ müharibəsi iştirakçısı Kamal Ceyhun oğlu Süleymanov dekabrın 31-də Abşeronda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.

Bu barədə Teleqram sosial şəbəkəsində məlumat paylaşılıb. Məlumata görə, dekabrın 31-də ailə üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyən Kamal Süleymanovdan hərbi hissədən çıxdıqdan sonra xəbər olmayıb.

Füzuli uğrunda döyüşlərdə iştirak edən K.Süleymanovun əsgər yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər.

Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlamaları xahiş olunur.