Məşhur simalar koronavirus istehsalında günahlandırılır

0
75

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib.

Peru məhkəməsi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokefeller ailəsini koronavirus istehsalında günahlandırıb.

Peruda koronavirus epidemiyasının necə yayıldığına dair istintaq başladılıb.

İstintaq mətninə Rusiya mətbuatında yer alan xəbərlər də daxildir:

“Bill Qeyts, Soros, Rokefeller kimi yeni dünya düzəninin yaradıcıları xaricində heç bir dünya dövləti, həqiqi və hüquqi şəxslər bu pandemiyanın proqnozlaşdırıla biləcəyini iddia edə bilməz”.

Bu məsələ mətbuatda və sosial mediada geniş yayıldıqdan sonra Peru Ali Məhkəməsi istintaqı öz üzərinə götürüb.

Müzakirələrin ən böyük hədəfi Bill Qeytsin həyat yoldaşı ilə birlikdə qurduğu “Bill & Melinda Gates” fondunun beynəlxalq peyvənd ittifaqıdır.

Sosial media müzakirələrində əsas mövzu isə Bill Qeytsin milyardlarla insanı “mikro ciplərlə” izləmək üçün koronavirus peyvəndini yaratması iddiasıdır.