Lider TV-nin binası partiyalara verilib? – Açıqlama

0
98

Bəzi siyasi partiyalara icarəyə verilən ofislər “Azərkontrakt”a məxsusdur.

Bunu açıqlamasında Lider TV-nin Xəbərlər Departamentinin rəhbəri Vasif Ağamirov deyib.

“Lider” kanalı öz binasında fəaliyyətini davam etdirir. Partiyalar üçün icarəyə verilən ofislərin Lider TV-nin studiyalarına heç bir aidiyyəti yoxdur”, – o bildirib.

Qeyd edək ki, Lider TV-nin binasının 10-a yaxın siyasi partiyaya icarəyə verilməsi haqda məlumat yayılıb.