İstanbulda fabrikdə dəhşətli yanğın – VİDEO

0
53

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda fabrikdə dəhşətli yanğın baş verib.

Fabrikin bağçasında kimyəvi maddələr olan paletlərdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə Tuzla və Kocaeli xilasetmə qrupları cəlb edilib.

Yanğın səbəbindən yüksələn qara tüstü ətraf rayonlardan da görünüb.

Yanğınsöndürənlər partlayışlar olan yanğına müdaxilə edərək, yanğını söndürə biliblər