İran Rusiyanın koronavirus peyvəndini alacaq

0
64

İran səlahiyyətliləri Rusiyanın “Sputnik V” peyvəndini təsdiqləyiblər.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirib.

“Yaxın gələcəkdə “Sputnik V” peyvəndini ala biləcəyimizə və birgə istehsalına başlayacağımıza ümid edirik”, – deyə Zərif qeyd edib.