Hərbi vəzifəli əsgər intihar etdi (FOTO)

0
426

Hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Y.Mənsurov bir neçə gün əvvəl tərxis olunub. 24 yaşlı mərhumun özündən sonra 1 övladı qalıb.