“Azəristiliktəchizat”ın “Azəriqaz”a nə qədər borcu qalıb? – RƏSMİ

0
59

2020-ci ilin sonunda “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu dövlət tərəfindən bağlanıb.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev açıqlamasında deyib.

O bildirib ki, “Azəristiliktəchizat” ASC-nın “Azəriqaz”a 34 milyon manata yaxın borcu olub və onun 30 milyon manatı dövlət tərəfindən bağlanılıb:

“Azəristiliktəchizat” ASC bizim qeyri-əhali abonentlərimizdən biridir və böyük məbləğdə də qaz alıcısıdır. Noyabr ayının ilk günlərindən etibarən “Azəristiliktəchizat” ilə “Azəriqaz” arasında borcla bağlı məsələlər ortaya çıxdı. Biz qazın satışını həyata keçirən qurumuq və aldığımız qazın dəyərinin yüz faiz ödənişini edirik. Satdığımız qazın məbləğini tələb etmək bizim borcumuzdur. “Azəristiliktəchizat” ASC öz işini elə qurmalıdır ki, abonentlərində narazılıq yaranmasın. Buna görə də, mövsüm başlamamış “Azəriqaz”la borc problemini həll etməlidir”.

Ruslan Əliyev qeyd edib ki, hazırda “Azəristiliktəchizat” ASC-nin borcu yandırdığı sərfiyyata uyğundur.