2021-ci ilin ilk konteyner qatarı Azərbaycana yola düşdü

0
349

2021-ci ilin ilk konteyner blok qatarı Çindən Azərbaycana yola düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən verilən məlumatda bildirilir ki, Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatar yola salınıb.

40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra  konteynerlərdən 15-i Tbilisiyə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC  və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.