2021-ci ilin ən pis valyutaları açıqlandı

0
306

Kuba pesosu, Liviya dinarı və Türkiyə lirəsi 2021-ci ilin autsayder valyutası adlandırmaq olar.

Bu barədə Rusyanın “Otkrıtıe investisii” qlobal araşdırmalar şöbəsinin rəhbəri Mixail Şulqin ilin ən pis valyutalarının adını açıqlayarkən bildirib.

Onun sözlərinə görə, Kuba pesosu il ərzində dollar qarşısında 96% ucuzlaşıb. Kuba iqtisadiyyatı koronavirus pandemiyası və ABŞ-dan gələn çoxsaylı məhdudiyyətlər səbəbindən durğunlaşmaqda davam edir. Bundan əlavə, dövlət də yüksək inflyasiyadan əziyyət çəkir.

Ekspert qeyd edib ki, Liviya dinarı bir il ərzində dollar qarşısında 71% ucuzlaşıb. Liviya iqtisadiyyatına ölkədəki qeyri-sabit vəziyyət və vahid siyasi sistemin formalaşması ilə bağlı problemlər təsir edir.

2021-ci ilin digər autsayderi bu il dollar qarşısında 49% ucuzlaşan Türkiyə lirəsidir. Şulqin hesab edir ki, bu dinamikanın səbəbi yüksək inflyasiya şəraitində əsas faiz dərəcəsini azaltmağa davam edən Türkiyənin pul-kredit siyasətindədir.