2021-ci ildə okeanların temperaturu rekord səviyyəyə çatıb

0
252

Alimlərdən ibarət beynəlxalq komanda dünya okeanın temperaturunun rekord səviyyəyə çatmasını müəyyən edib.

Planetin əksər hissəsini əhatə edən okean suları üçün bu rekord üçüncü dəfə qeydə alınıb.

Yeni araşdırmalar göstərib ki, 2021-ci ildə okean temperaturu müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb. İlk növbədə iqlim dəyişmələri ilə bağlı olan bu nəticə qlobal istiləşmənin çox sadə indikatorudur.

Maraqlıdır ki, rekord nəticə Sakit okean sularını soyudan La-Ninya adlı iqlim hadisəsi baş verən ildə okeanların ən yuxarı 2 min metr layında qeydə alınıb. XX əsrdə temperatur rekordu 1955-ci ildə qeydə alınıb. Okeanlar üçün ən isti ikinci il 2020-ci, üçüncü isə 2019-cu il olub.

Araşdırmanın müəlliflərindən biri, Kolorado Milli Atmosfer Tədqiqatları Mərkəzinin iqlim mütəxəssisi Kevin Trenbert deyib: “Bütün dünyada okeanlar daim istiləşməkdədir. Bu, antropogen iqlim dəyişmələrinin əsas göstəricisidir”.Okeanlar insanın fəaliyyəti nəticəsində ayrılan karbon qazının təqribən üçdə bir hissəsini udur, nəticədə okean suları turşulaşır