2021-ci ildə Azərbaycanda bir neçə beynəlxalq yarışın keçirilməsi təsdiqlənib.
Siyahıda bu il müxtəlif idman növləri üzrə dörd Dünya Kuboku, bir dünya çempionatı və bir Avropa çempionatının (AVRO-2020-nin dörd oyunu) keçiriləcəyini görə bilərik:
İdman gimnastikası (yalnız alətlərdə) üzrə Dünya Kuboku/AGF Junior Trophy – 4-7 mart
Karate üzrə Premyer Liqa turniri – 12-14 mart
Bədii gimnastika üzrə Dünya Kuboku – 7-9 may
Aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları – 21-23 may
Aerobika gimnastikası üzrə dünya çempionatı – 27-29 may
“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi – 6 iyun
Futbol üzrə Avropa çempionatının dörd matçı – 12, 16, 20 iyun və 3 iyul
Güllə (tüfəng və tapança) və stend atıcılığı üzrə Dünya Kuboku – 21 iyun – 2 iyul
Güllə və stend atıcılığı üzrə Çempionlar Kuboku (Dünya Kubokunun final mərhələsi) – 18-24 oktyabr