Koronavirusla bağlı SON STATİSTİKA

0
120

Dünyada 83 066 659 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 1 812 188 xəstə ölüb, 58 868 485 nəfər sağalıb.

Avropada 23 373 349, Şimali Amerikada 23 184 995, Asiyada 20 602 724, Cənubi Amerikada 13 112 940, Afrikada isə 2 743 620 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (20 216 991 nəfər), Hindistan (10 267 283 nəfər), Braziliya (7 619 970 nəfər), Rusiya (3 131 550 nəfər) və Fransadır (2 600 498 nəfər).

Türkiyədə 2 194 272, İranda 1 218 753, Gürcüstanda 225 893, Ermənistanda isə 158 878 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 217 636 nəfərin 2 609-u ölüb, 180 295-i sağalıb.