Erməni riyakarlığı: “Müqavilə yalanı” uydururlar ki…

0
370

Ermənistanın dövlət sərhədini özbaşına qabağa çəkməsi və işğal altında saxladığı ərazilərin təbii sərvətlərini istismar etməsi bu istiqamətdə də təzminat tələblərini aktuallaşdırır.Bunu dərk edən ermənilər artıq indidən yalanlar uydurmağa başlayıblar.

Bu, xüsusilə Zəngəzur (Sünik) istiqamətində özünü göstərir. Sünikin qubernatoru Məlikset Poqosyan deyib ki, sərhədyanı ərazilərdəki kənd təsərrüfatına yararlı sahələrdən istifadə edilməsi guya “Ermənistanın müvafiq bölgəsi ilə “dqr” arasında razılaşmalara uyğun” həyata keçirilib.

Poqosyan mediaya rəsmi açıqlamasında iddia edib ki, bu torpaqlar tanınmamış qurumun “ərazisi” sayıldığı üçün onunla müqavilə bağlayıblar.

Maraqlıdır, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal olunduğunu Ermənistan özü də təsdiqləyib. Qeyri-qanuni istismar edilən ərazilər də keçmiş Dağlıq Qarabağ ərazisinə qətiyyən aid olmayan Zəngilan, Qubadlı, Kəlbəcərə aiddir.

Digər tərəfdən, həmin ərazilərdə dövlət sərhədinin ermənilər tərəfdən bəzən bir neçə kilometr irəli çəkildiyi, qəsdən Azərbaycanın torpaqlarına müdaxilə edildiyi, hətta özbaşına çəkdikləri bu sərhədin içində zastavalar tikdiyi üzə çıxıb. Belə olduqda heç bir halda “müqavilə ilə” istifadədən deyil, işğalda saxlanılan ərazilərin qanunsuz istismarından, həmin torpaqların yeraltı-yerüstü sərvətinin talanmasından söhbət gedə bilər ki, bu da mütləq şəkildə məhkəmə predmetinə çevrilməlidir.

Yəqin ki, müvafiq qurumlar bu faktları da qeydə alırlar.