Amin Musayev artıq Ağstafada ailəsinin evindədir – FOTO

0
156

Vətən müharibəsində yaralanaraq düşmənə əsir düşən və sonradan Azərbaycana qaytarılan hərbçimiz Amin Musayev artıq Ağstafada, ailəsinin yanındadır.

Amin Musayevi onun ailə üzvləri, yaxınları, dostları ilə yanaşı Ağstafa sakinləri də böyük coşqu ilə qarşılayıb.

Xatırladaq ki, Amin Musayev dekabrın 14-də Ermənistan əsirliyindən azad edilən həmvətənimizdən biri olub. Ötən gün dayısı ilə Bakıda xəstəxanadan çıxan A.Musayev bu gün doğulduğu Ağstafa rayonuna gəlib.