Rusiyanın məşhur aktrisasından Azərbaycana dəstək – Foto

0
516

Rusiyanın məşhur teatr və kino aktrisası, xalq artisti Liya Axecakova Azərbaycana dəstək nümayiş etdirib.

82 yaşlı aktrisa üzərinə rusca “Qarabağ Azərbaycandır” şüarı yazılmış plakat qaldırıb.

Qeyd edək ki, Liya Axecakovanın əsli adıgeylərdəndir. 9 iyul 1938-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub. 1973-cü ildən etibarən filmlərə çəkilir. İrili xırdalı 60-a qədər filmdə müxtəlif rollar ifa edib.