Vətəndaşların nəzərinə: Bu portalın fəaliyyəti dayanır

0
390

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalının (emdk.gov.az) fəaliyyəti bu gecə saat 00:00-dan 22 sentyabr saat 12:00-a kimi müvəqqəti dayandırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Xidmətin vətəndaşlara müraciətində bildirilir.

Məlumata görə, fasiləyə səbəb saytda aparılacaq texniki işlərdir. Bu müddət ərzində elektron xidmətlərdən istifadə məqsədəuyğun deyil.