Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı – VİDEO

0
295

Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlıların da çalışdığı “Stoliçnıy” bazarında əməliyyat keçirilib. Bazarın 150-dən çox işçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb.

Bildirilir ki, əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Saxlanılanların əsasən Azərbaycan və Özbəkistan vətəndaşları olduğu deyilir.

Saxlanılanlardan altısının ölkədən deportasiya olunacağı gözlənilir.