Səfirimiz bu ölkənin XİN rəhbəri ilə görüşdü

0
147

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər naziri David Zalkalianiyə təqdim edib.Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

D.Zalkaliani F.Quliyevi səfir təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında yüksək səviyyəli strateji və dostluq əlaqələri bundan sonra daha da dərinləşdiriləcək.

Mərasimdən sonra keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini və gələcək əməkdaşlığın perspektiv və istiqamətlərini müzakirə ediblər.