Navalnını “Noviçok”la zəhərləyiblər

0
570

Berlin xəstəxanasında aparılan analizlərin nəticələri göstərir ki, rusyalı müxalifət lideri Aleksey Navalnını “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləyiblər.

Bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib.

Bildirək ki, Aleksey Navalnı avqustun 20-də Tomskdan Moksvaya uçduğu zaman təyyarədə özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska fövqəladə eniş edib. Navalnının komanda üzvləri siyasətçinin zəhərləndiyini bildirirdilər.

Vəziyyətində ağırlaşma müşahidə edilən Navalnı avqustun 22-də Berlinə aparılıb.