Milli yemək ənənələri COVID-19-dan ölüm səviyyəsinə təsir edir

0
393

COVID-19-dan ölüm səviyyəsi milli qidalanma vərdişlərindən asılıdır.

Berlində Qumboldt Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər.

Con Hopkins Universitetinin məlumatlarına əsaslanan, tədqiqatçılar Avropa ölkələri arasında ən aşağı ölüm nisbətinin Almaniya, Avstriya, Çex Respublikası, Polşa, Slovakiya və Finlandiyada qeydə alındığını göstəriblər. Orada bu dəyər 4%-i keçmir.

Ən yüksək ölüm nisbəti Belçika, Fransa, İtaliya və Böyük Britaniyadadır.

Alimlər bu ölkələrdə insanların istehlak etdiyi bəzi qidaların COVID-19-dan ölüm nisbətini təsir edə biləcəyini irəli sürüblər. Aşağı ölüm dərəcəsi olan Avropa ölkələrində çiy kələm və ya kələm turşusu kimi güclü antioksidan təsiri və ya ACE2-yə qarşı aktivliyi olan qidalar istehlak edilir.

Alimlər onu da bildiriblər ki, qidalanmanın COVID-19-un gedişinə birbaşa təsiri ola bilməz. Hətta ən faydalı qida məhsulunun da antivirus təsiri yoxdur. Bununla belə, yemək vərdişi immuniteti möhkəmlədə, yaxud, əksinə zəiflədə bilər.