Madriddə metrostansiyaları yağış suları basdı – VİDEO

0
146

İspaniyanın paytaxtı Madriddə güclü yağışlar metronun işində fasilələrə səbəb olub.

Səhər saatlarında yağan leysan yağışları nəticəsində şəhərin mərkəzindəkilər də daxil olmaqla, beş metro xəttində bir neçə stansiya su ilə dolub.

Bildirilir ki, təbii fəlakət şəhərətrafı qatarların fəaliyyətinə də təsirsiz ötüşməyib.