Dövlət Komitəsinin şöbə müdiri işdən çıxıb

0
110

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb.

O öz ərizəsi əsasında vəzifədən azad olunub.

A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb.