Deputatlara “cəza kəsən” komissiyanın əsasnaməsi müzakirəyə çıxarılır

0
390

Sentyabrın 17-də Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi müzakirəyə çıxarılacaq.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İntizam komissiyasının birgə iclasında müzakirə olunacaq.

Bildirək ki, İntizam komissiyası qanunvericiliyi pozan deputatların işinə baxır, onlara Milli Məclisin Daxili Nizamnaməsinə əsasən hansı cəza verilməsini müəyyənləşdirir.

Qeyd edək ki, Milli Məclisin İntizam komissiyasının sədri deputat Eldar İbrahimovdur.