Çempionlar Liqası: Pley-off cütləri müəyyənləşdi

0
170

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsi yekunlaşıb.

Beləliklə, pley-offa yüksələn daha beş komanda məlum olub.

Bunlar “Omoniya” (Kipr), “Ferentsvaroş” (Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç) və “Midtüllan” (Danimarka) klublarıdır.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. “Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1 (PENALTİLƏRLƏ – 4:2)

Qollar: Mixael Lüftner, 31 – Mirko İvaniç, 45+1

21:00. “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:1

Qollar: Gergö Lovrençiç, 2, Mürto Uzuni, 65 – Amer Qoyak, 23

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Brest, Belarus) – 1:0

Qol: Dan Biton, 50 (pen.)

21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) – 0:0 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 5:6)

22:30. “Midtüllann” (Danimarka) – “Yanq Boyz” (İsveçrə) – 3:0

Qollar: Fabian Lustenberger, 51 (avtoqol), Anders Dreyer, 62, Aver Mabil, 84

Qeyd edək ki, bu raundun ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları isə 29-30 sentyabrda oynanılacaq.

Pley-off mərhələsinin cütlükləri

Çempionlar Yolu

“Slaviya” (Praqa, Çexiya) – “Midtüllann” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr)
“Molde” (Norveç) – “Ferentsvaroş” (Macarıstan)

Liqa Yolu

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)
“Gent” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)