Bu parkda ağaclar məhv edildi – Video

0
239

Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkında onlarla həmişəyaşıl ağac naməlum şəraitdə kəsilib.

Sakinlərin iddiasına görə bəzi ağaclar quruduğu üçün mənzilistismar sahəsinin əməkdaşları tərəfindən kəsilərək daşınıb.

Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən məlumat verilib ki, sözügedən qurum ağacların yalnız budanması işlərini həyata keçirir.

Sumqayıt şəhər 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bildirilib ki, ağac kəsimi ilə bağlı dərhal əraziyə baxış keçirilib. Toplanmış materiallarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.