Bu gün millət vəkili Tahir Kərimli İNK ailəsinə qonaq olub -video

0
531

Vəhdət Partiyasının sədri Millət Vəkili Tahir Kərimli İctimai Nəzarət Koalisiyasının qonağı oldu.Müsahibə zamanı “İctimai Nəzarət Koalisiyası” İB-nin məram və məqsədi müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməsindən və təşkilatın fəxri üzvü olduğu üçün məmnunluq hissi keçirdiyini bildirdi. “İctimai Nəzarət Koalisiyası” İB-nin fəxri üzvü Tahir Kərimli yeni təyin olunmuş vəzifə sahiblərinə və İdarə Heyətinin üzvlərinə bu çətin, lakin şərəfli işlərində müvəffəqiyyətlər diləyib, Azərbaycan xalqına isə işıqlı sabahlar, uğurlu gələcək və firavan həyat arzulayıb.