Baş nazir təyyarə döşəməsində yatdı…-FOTO+VİDEO

0
73

İsrail baş naziri Binyamin Netanyahunun təyyarənin döşəməsinə qoyulmuş döşəkdə yatarkən çəkilmiş foto-şəkili yayılıb.
Olay İsrail hökumətinin başçısı bir nümayəndə heyəti ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə sülh müqavilələrinin imzalandığı Vaşinqtondan geri dönərkən baş verib.
Netanyahunun yaxın adamlarından birinin çəkdiyi foto-şəkil dərhal sosial şəbəkələrdə gündəmə dönüb.
Fotoda yəhudi hökumət başçısının əlində bir kitab tutaraq yan tərəfində uzandığı görünür. Gözlüyünün  kitabın açıq səhifələri üzərində olmasına baxanda Netanyahunun kitab oxuya-oxuya yuxuya getdiyi bəlli olur.