Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirdi – YENİLƏNİB + FOTO/VİDEO

0
472

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

14:40

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.

Birgə uçuşları İctimai Televiziya “Facebook” hesabında canlı yayımlayıb.

Qeyd edək ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.