Ali məktəblərə ixtisas seçimi başa çatdı

0
304

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

İxtisas seçimi sentyabrın 10-da başlamışdı.

Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, 66380 abituriyent və subbakalavr öz ərizəsini təsdiq edib.