8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.

0
502

 

“Jurnalistlərimiz arasında lazımi həmrəylik yoxdur”

Elçin Şıxlı: “Bunun səbəbləri müxtəlifdir”

Maraqlıdır, bu gün ölkə daxilində belə jurnalistlərimiz arasında lazımi həmrəylik mövcuddurmu?

Media eksperti Elçin Şıxlı jurnalistlər arasında lazımi həmrəyliyin olmadığını vurğuladı:

“Təbii ki, bu gün jurnalistlərimiz arasında həmrəylik yoxdur. Belə bir həmrəyliyin mövcudluğunu iddia etmək üçün əsas yoxdur. Təəssüflər olsun ki, millətimizdə həmrəylik yalnız hansısa çətin məqamlarda özünü göstərir.

Fakt olan budur ki, jurnalistlərimiz arasında həmrəylik mövcud deyil. 20 il əvvəl də belə bir həmrəylik yox idi, bu gün də yoxdur.  Bunun səbəbləri müxtəlifdir. Bu səbəblərin nə olduğunu dəqiq deyə bilmərəm”.