Əli Həsənov “Azərbaycan Nəşriyyatı”nın ərazisini zəbt edib

0
792

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə “Azərbaycan Nəşriyyatı”nın ərazisini zəbt edərək özünə bina tikdirib.

Hazırda Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina “Azərbaycan Nəşriyyatı”nın ərazisində yerləşir.

Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən ərazidə bir neçə bina inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

Məsələ ilə bağlı “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrəndik.

Baş direktor Demokrat.az-a açıqlamasında Əli Həsənovun “Azərbaycan Nəşriyyatı”nın ərazisinin bir hissəsini zəbt etməsini təsdiqləyib.