Xəzərdə təhlükə: Bakıda çirkab suları dənizə axıdılır – AÇIQLAMA + VİDEO

0
522

Bakının Sabunçu rayonu, Pirşağı kəndində kanalizasiya suları Xəzər dənizinə axıdılır.

Çirkab sularının dənizə axıdılmasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı  müxbiri “Azərsu” ASC ilə əlaqə saxlayıb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı  bildirib ki, Pirşağı kəndində kanalizasiya infrastrukturu mövcud deyil:

“İnsanlar xüsusi borular vasitəsilə xətt çəkərək, kanalizasiya sularını dənizə axıdırlar. Orada ASC-nin kanalizasiya xətti yoxdur. Gələcəkdə həmin ərazidə kanalizasiya sisteminin qurulması ASC-nin baş planında nəzərdə tutulub.

Bu, dövlət investisiyaları hesabına mərhələli şəkildə həyata keçirilir. Vəsait ayrılacağı təqdirdə həmin ərazidə layihə icra olunacaq”.