Xətai Rayon İcra Hakimiyyətindən zeytun ağaclarının kəsilməsi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

0
558

Xətai Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib.

İcra hakimiyyətindən daxil olan məlumata görə, həmin ərazidə ağacların kəsilməsi xəbərləri tamamilə yanlışdır.

“Əvvəla, ünvan səhv göstərilib. Həmin ərazi Gənclik parkının ərazisidir. Zığ yolunda yerləşir. Ərazidə paytaxtın ən gözəl istirahət və əyləncə məkanlarından biri olacaq park salınır. Bu işlər çərçivəsində də həmin bölgədə ağacların mövsümi budanması işləri aparılır”, – deyə bildirilib.

15:38

Bakıda daha bir ərazidə ağaclar kəsilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, Xətai rayonu, Nobel prospektində əvvəlcədən hasarlanmış zeytunluqda ağacların kütləvi kəsimi prosesi həyata keçirilir.

Faktla bağlı fotoları təqdim edirik.