Türkiyədə sel qurbanlarının sayı artdı: 12 nəfər itkin düşüb – YENİLƏNİB – FOTO

0
338

Türkiyənin Giresun vilayətində baş verən sel sularından 3 nəfər ölüb.

Bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb

Bundan başqa, ümumilikdə 40-dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.

Qeyd edək ki, avqustun 22-i yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda  başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.