Son sutkada Özbəkistanda koronavirusa 788 nəfər yoluxub

0
377

Özbəkistanda COVID-19 koronavirusuna yoluxma üzrə yeni antirekord qeydə alınıb. Belə ki, son gündə yoluxma sayı 788 nəfər artıb və 25 min 828-ə çatıb. Yeni yoluxma halı Özbəkistanın 11 regionunda qeydə alınıb.
Özbəkistan Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada ölkədə bu virusdan 8 xəstə ölüb və rəhmətə gedənlərin ümumi sayı 155 nəfərə çatıb.
Xəstəxanalarda 9 min 166 nəfərin olduğu bildirilir. Onların 564-nün vəziyyəti ağır, 215-nin isə kritikdir.
Mətbuat yazır ki, özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizədə iştirak edən həkimlərə və digər tibb işçilərinə birdəfəlik mükafat kimi 10 milyon dollar ayırıb.