Rasim Məmmədov: “Hər bir kəsi Azərbaycan ideologiyası uğrunda mübarizəyə çağırıram”

0
1326

 

“İctimai Nəzarət Koalisiyasının konsepsiyası bu günlərdə Milli Məclisə təqdim olunacaq. İNK-nın publik sima kimi maliyyə dəstəyinin olmasının vacibliyi ilə yanaşı, daha əhəmiyyətli geniş tədbirlərin həyata keçirilməsində ictimai və rəsmi yardıma ehtiyacı var.
İndiyə qədər bu işlərin ləngiməsinə səbəb olan bir sıra xoşagəlməz qüvvələrin olmasına baxmayaraq, təşkilatımız öz şəffaf simasını qoruyub saxlaya bilmişdir”.
İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov bu haqda məlumat verərək eyni zamanda bildirmişdir:
“Ölkə başçısının göstərişlərinə, respublikanın mövcud qanun-qaydalarına riayət etməyənlərə qarşı mübarizəni gücləndirməliyik. Kim bizimlə vicdanla, şərəflə cənab İlham Əliyevə dəstək kampaniyasında iştirak edəcəksə, bizim sıralarımızda olacaq. Hər kəsi Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı, azərbaycanlı ideologiyası uğrunda mübarizəyə çağırıram”.
Onu da qeyd edək ki, İNK-nin yeni ideoloji formasının hazırlanması və təşkilatın 5 illik fəaliyyəti ilə bağlı nəşrin yaradılması ilə bağlı gərgin işlər Rasim Məmmədovun şəxsi iştirakı və nəzarəti altında həyata keçirilir.
İNK-nın yeni islahatlar kompaniyası təşkilatın bütün şəhər, rayon nümayəndəliklərin rəhbərləri və üzvlərinin işlərinə daha ciddi, düzgün, operativ, fəal yanaşmalarını tələb edir.
Onu da bildirək ki, bu il oktyabrın 1-də İctimai Nəzarət Koalisiyasının yaradılmasının 5 ili tamam olacaq.

“ictimainezaret.info”