Rəssamların onlayn satış sərgisi təşkil ediləcək

0
728

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.
İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com mail adresinə göndərməyi xahiş olunur. Son müraciət tarixi avqustun 30-dəkdir.
Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.
Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.