Qazaxıstanda həkimlərə böyük jest: Qəhrəmanlar körpüsü – VİDEO

0
339

Qazaxıstanın paytaxtı Nur-Sultanda şəhər rəhbərliyi COVID-19 infeksiyası ilə mübarizə aparan həkimlərə maraqlı jest edib.

şəhərdə yerləşən körpülərdən birinin divarlarında koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin fotoları asılıb.

Layihənin ideyası fotoqraf Ruslan Mazuninə aiddir. O hesab edir ki, fotolarda əks olunan həkimlərin üzündəki təbəssüm keçiddən istifadə edən piyadalara ümid və pozitivlik bəxş edəcək.