“Qarabağ” Çempionlar Liqasına darmadağınla başladı – YENİLƏNİB + FOTO/VİDEO

0
610

“Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniyanın “Sileks” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Komandamızın II təsnifat mərhələsindəki rəqibinin adına sabah aydınlıq gələcək. Belə ki, sabah Moldovanın “Şerif” və Lüksemburqun “Fola” komandaları arasında keçiriləcək görüşün qalibi “Qarabağ”ın rəqibi olacaq.

21:38

“Qarabağ” rəqibi darmadağın etməkdə davam edir.

80-ci dəqiqədə Filip Ozobiçin ötürməsi ilə Mahir Emreli hesabı darmadağın həddinə gətirdi.

“Qarabağ” Şimali Makedoniya komandasına 4:0 hesabı ilə qalib gəlir.

21:08

“Qarabağ” ikinci hissədə də rəqibi məyus etməyə nail olub.

51-ci dəqiqədə Xayme Romeronun ötürməsi ilə Donald Gerye dublunu rəsmiləşdirdi. “Qarabağ” rəqibinə böyük hesabla qalib gəlir – 3:0.

20:40

“Qarabağ” ikinci qolu rəqib qapısından keçirib.

40-cı dəqiqədə haitili müdafiəçi Donald Gerye hesab arasındakı fərqi artırdı.

“Qarabağ” 2:0 hesabı ilə qalib gəlir.

20:11 

“Qarabağ” – “Sileks” matçında hesab açılıb.

11-ci dəqiqədə xorvatiyalı Filip Ozobiçin ötürməsi ilə ispaniyalı Xayme Romero hesabı açıb. “Qarabağ” 1:0 qalib gəlir.

20:01

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə Bakıda start verilib.

Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionu “Qarabağ”la Şimali Makedoniyanın “Sileks” komandaları qarşılaşır.

19:29

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda qarşılaşacaq “Qarabağ” və “Sileks”in (Şimali Makedoniya) start heyətləri açıqlanıb.

Komandalar matça bu heyətlə çıxacaqlar.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Tural Bayramov, 99. Ruslan Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

“Sileks”: 1. Daniel Bojinovski, 26. Daniel Karçeski, 5. Srcan Draşkoviç, 6. Vlatko Qrozdanoski, 22. Angelse Timovski, 20. Denis Ristov, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 27. Deyan Tanturovski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev

Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeravitsa, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski

Məşqçi: Draqan İvanov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin qalibi ilə qarşılaşacaq.