Norveçin neft fondu 18 milyard avro itirdi

0
1556

Neft gəlirləri ilə maliyyələşən Norveçin dövlət pensiya fondu pandemiya fonunda 2020-ci ilin ilk yarısında təxminən 18 milyard avro zərər çəkib.

“2020-ci il müsbət şəkildə başladı, lakin koronavirus pandemiyası dünya miqyasında yayıldıqca bazarlarda vəziyyət dəyişdi. İkinci rübdə situasiya yaxşılaşsa da, əhəmiyyətli qeyri-müəyyənlik hələ də müşahidə olunur”, – “Norges Bank İnvestment Management” fondunun sədr müavini Trond Qrande bildirib.

Qeyd edək ki, fondun həcmi 1 trilyon dollardır. Koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün hökumət fonddan 38 milyard avro istifadə etmək niyyətindədir.