İsrailli futbolçu millimizə çağırıldı – RƏSMİ

0
317

“Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.

Yunanıstanın “Atromitos” klubunun rəsmi saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasından dəvət alıb.

Bnunla bağlı israilli futbolçunun yeni klubu olan “Atromitos”a məktub daxil olub. Məktubda bildirilir ki, Ağayev milli komandanın 31 avqust – 8 sentyabr tarixlərindəki təlim-məşq toplantısında düşərgədə olmalıdır. Komandamız sentyabrın 5-də Lüksemburqla Bakıda, ayın 8-də isə Kiprlə səfərdə qarşılaşmalıdır.

İsraildə anadan olmasına baxmayaraq, valideynləri Azərbaycandan olduğu üçün Ağayevin milli pasportu var.