Gürcü prezident telekanalları ittiham etdi

0
529

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin televiziya kanallarını cinayətkarlıqla bağlı məlumatları daha çox qabartmaqda ittiham edib və onları ciddi tənqid edib.

S.Zurabişvili jurnalistlərə müsahibəsində dünyada və Gürcüstanda baş verən cinayətkarlıq hallarını müqayisə edib.

“Cinayətkarlıq müasir dünyanın xəstəliyidir. Gürcüstan da dünyanın bir parçasıdır və bizim ölkədə də digərlərindən fərqli heç nə baş vermir. Mən başqa ölkədə yaşamışam və kriminogen vəziyyətin nə olduğunu yaxşı bilirəm. Bu müasir dünyanı bürüyən təhlükəli xəstəlikdir”, – o deyib.

Zurabişvilinin sözlərinə görə, Gürcüstanda kriminogen vəziyyət televiziya kanallarının təbliğ etdiyi kimi elə də ciddi deyil. Lakin bəzi televiziya kanalları səhərdən axşama qədər ölkədəki kriminogen vəziyyətlə bağlı süjet və xəbər yayırlar. Bu da gənclərə və onların psixologiyasına ciddi mənfi təsir göstərir.

Prezident televiziya kanallarını kriminogen vəziyyətlə bağlı xəbərlərin sayını kəskin azaltmağa çağırıb.