Bu ay ərzində 3-cü fakt: Daha bir ölkə rus diplomatı qovdu

0
502

Avstriya rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə Avstriyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyalı diplomatın ölkədən çıxarılacağını təsdiqləyə bilərəm”, – Avstriya XİN-nin xüsusi nümayəndəsi Klaudia Turçer bildirib.

O, Rusiya diplomatının hərəkətlərinin Vyana Konvensiyasınının diplomatik münasibətlərinə zidd olduğunu deyib.

Bir müddət öncə Avstriya mediasında rusiyalı diplomatın casusluqla məşğul olduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu ay Norveç 1, Slovakiya isə 3 rus diplomatını ölkədən çıxarıb. Çexiya isə qanunsuz əməllərinə görə bir rus diplomatı saxlamış, toxunulmazlığına görə azad etdikdən sonra isə diplomat özü ölkəni tərk etmişdi