Azərbaycanda daha bir general VƏFAT ETDİ

0
765

Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

Bu barədə hərbi jurnalist Rəşad Süleymanov bildirib.

Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Allah rəhmət eləsin!