Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı

0
507

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.