Tahir İsmayılovun yeni şeiri qəlbləri riqqətə gətirdi

0
3720

Tahir İsmayıl oğlu İsmayılov 1993-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışır. Tahir İsmayılov Ali Hərbi Məktəbin tələbələri üçün nəzərdə tutulmuş 9 metodik dərs vəsaitinin müəllifidir. Bununla yanaşı onun respublikanın mətbuat orqanlarında müxtəlif məzmunlu məqalə və şeirləri dərc olunur.
2007-ci ildə Tahir İsmayılovun “Esse və şeirlər” adlı, bu ilin yanvar ayında isə”Sevgi fantaziyası” adlı kitabları nəşr olunmuşdur.
Tahir İsmayılovun davamlı, emosional bədii yaradıcılığından daha bir nümunəni oxuculara təqdim edirik.
VƏTƏN
Qalmadı bir şey, sərvətin talandı,
Ovuc – ovuc torpağın da daşındı.
Namərdin vətən ‘sevgisi’ yalandı,
Ölməz bir şəhid qanı göz yaşındı,
Könlümün ağrı – acısı sən, Vətən!Sağalmır yaran, sinəndə qan verir,
Gözü yoldadır, Qarabağ can verir,
Şəhid analar, gündə qurban verir,
Yağılar baş kəsməyə fərman verir,
Könlümün ağrı – acısı, can Vətən!Odlar yurdusan, oda qalandın sən,
Gör neçə yol çapıldın-talandın sən,
Yağıya yem oldun parçalandın sən,
Təbriz-Bakı hey deyib ağladın sən,
Könlümün ağrı – acısı, xan Vətən!

Düşmən oylağıdır dağın, daşın da,
Yurdda təkdir qartal qaya qaşında,
Gözəllər yar seçmir onbeş yaşında,
Quruyub gözündən axan yaşın da,
Könlümün ağrı – acısısan, Vətən!

Bir yanın Ərdəbil, Gəncə bir yanın,
Zəngəzurdur, Göyçədir adın -sanın,
Borçalı, Qazax, Şirvan şöhrət-şanın,
Tək qalıb hey boylanır Naxçıvanın,
Könlümün yarı Azərbaycan, Vətən!