“Sobsan”dakı dəhşətli yanğından geriyə qalanlar – VİDEOREPORTAJ

0
756

Yanmış avtomobillər, filmləri xatırlatdan dəhşətli mənzərə.

Ötən gün “Sobsan” boya fabrikində baş verən yanğından geriyə bu mənzərə qalıb.

Yanğın zamanı fabrikə ciddi ziyan dəyib. Şirkətin nümayəndəsi Namina Ağasızadənin sözlərinə görə, dəyən ziyanın miqdarı təxminən 20 milyon manatdır:

“Ölüm, itki olmayıb, şükürlər olsun. Sadəcə olaraq, heç bir məhsulu qurtara bilmədik. Hamısı demək olar ki, yandı. 20 illik şirkətdir. Azərbaycanın ilk boya fabrikidir. 400 nəfərə yaxın işçisi var. Üzülürük, başqa heç nə deyə bilmirik. Bəziləri deyib ki, burdan nələrisə qutarmaq mümkün olub. Xeyr, heç nəyi qurtara bilməmişik. Ümid edək ki, dövlətimiz dəstək olacaq”.

Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kvadrat metr ərazi yanıb. FHN-in beş əməkdaşı xəsarət alıb, dörd nəfərə yerində yardım göstərilib, bir nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.