Rusiyanın mükəmməl gəmiləri ABŞ-a ciddi təhlükədir

0
467

Rusiyanın yeni sualtı gəmiləri və qanadlı raketləri ABŞ üçün ciddi problem yaradır.

Bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Van Hyörk deyib.

“30 il ərzində rəqiblərimiz və potensial düşmənlərimiz konflikt zamanı özümüzü necə aparmağımızı müşahidə edir. Bizi müşahidə edərək onların inkişaf etməyə imkanı oldu. Xüsusilə Rusiya və Çin… Rusiya strateji imkanlarını, o cümlədən hazırda bizə problem yaradan sualtı gəmilərini inkişaf etdirdi”, – deyə general bildirib.

General əlavə edib ki, müasir sualtı qayıqlar Rusiya qanadlı raketlərinin ABŞ ərazisinə təhlükə yaratmasına imkan verir.