Qurbanovu razı salmaq üçün Ərdoğandan kömək istənilib?

0
464

Bu mövsüm Türkiyə Super Liqasına vəsiqə qazanan “Hatayspor”un “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi postuna gətirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğandan kömək istədiyi barədə məlumat yayılıb.

Sözügedən məsələyə münasibət bildirən “Hatayspor”un idman direktoru Fateh Kavlak bunları söyləyib:

“Sadəcə, onu deyə bilərəm ki, belə bir gəlişmə olmadığından heç kimin bundan xəbəri yoxdur”.

Qeyd edək ki, klubun öndə gələn isimlərinin Q.Qurbanovu görəvə gətirmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və ona yaxın çevrədən kömək istədiyi barədə məlumat yayılıb.